"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün ilk matçına çıxacaq.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu evdə "Benfika"nı qəbul edəcək.
Görüş Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu dekabrın 5-də Portuqaliyada keçiriləcək. Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.