Bakı, 24 noyabr, AZƏRTAC
AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.
AZƏRTAC xəbər verir ki, o, Gənclər Liqasının əsas mərhələsində Türkiyənin “Qalatasaray” və Belçikanın “Union” komandaları arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.
Görüş noyabrın 25-də İstanbulda yerləşən “Esenler Erokspor” stadionunda təşkil olunacaq.