Bu gün “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Azərbaycan çempionu evdə “Benfika”nı qəbul edəcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu dekabrın 5-də Portuqaliyada keçiriləcək. Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.