BAKI, 24 noyabr. TELEQRAF
AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.
O, UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) oyununun UEFA nümayəndəsi olacaq. Görüş noyabrın 25-də İstanbulda yerləşən “Esenler Erokspor” stadionunda təşkil olunacaq.