AZ

Florentino Peres Avropa Super Liqası layihəsini Asiyada keçirmək istəyir

“Real Madrid” klubunun prezidenti Florentino Peres Avropa Super Liqası layihəsi ilə bağlı mövqeyini bir daha açıqlayıb.

İdman.Biz xəbər verir ki, Peres UEFA-nın yarış formatlarını diktə etməsini və bunun azarkeşlərə zərər vurduğunu bildirib.

“Klubların öz turnirlərini təşkil etməsinin qarşısını almaq normal deyil və qanuni də deyil. UEFA-nın bizim taleyimizi müəyyən etməsi və azarkeşlərə zərər verən formatlar tətbiq etməsi düzgün deyil. Buna görə də bizi Asiyada, Çin yaxınlığında oyun keçirməyə məcbur edirlər”, - deyə president vurğulayıb.

O, həmçinin pulsuz yayımlanan futbol oyunlarının vacibliyini vurğulayıb.

“Biz bunu Klublararası Dünya Çempionatında etdik. FIFA-ya təşəkkür edirəm, çünki Afrikada kasıb bir uşağın belə oyunları izləməsinə imkan verdi. “Unify” adlı yayım platforması vasitəsilə oyunların pulsuz yayımlanması mümkün ola bilər və FIFA-ya bu istiqamətdə dəstək verirəm. UEFA-nın bunu etməməsinin tək səbəbini düşünə bilirəm: bir ili gecikdirmək onlar üçün daha bir il milyonlarla avroluq maaş deməkdir”, - deyə Peres əlavə edib.

İdman.Biz

Seçilən
69
1
idman.biz

2Mənbələr