AZ

“Real” səfərdə xal itirdi

İspaniya La Liqasının 13-cü turunda “Elçe” və “Real” üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Manuel Martines Valero” stadionunda baş tutan görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.

53-cü dəqiqədə ev sahibi komandanın yarımmüdafiəçisi Aleys Febas hesabı açıb. 78-ci dəqiqədə “Real”ın müdafiəçisi Din Hüysen bərabərlik qolunu vurub. Altı dəqiqə sonra isə Alvaro Rodriqes “Elçe”ni yenidən önə çıxarıb. 87-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Cud Bellingem yekun hesabı müəyyənləşdirib – 2:2.

13 turdan sonra “Real” 32 xalla turnir cədvəlində birinci, “Elçe” isə 16 xalla 9-cu pillədə qərarlaşıb.

Növbəti turda “Real” “Jirona” ilə qarşılaşacaq, “Elçe” isə “Xetafe”ni qəbul edəcək.

Seçilən
44
1
90deqiqe.az

2Mənbələr