AZ

Nigeriyada qaçırılan tələbələrdən 50-si əsirlikdən qaça bilib

Nigeriyada silahlılar tərəfindən qaçırılan 300-dən çox tələbədən 50-si əsirlikdən qaça bilib.

Doğru.az xəbər verir ki, bu barədə CNN Nigeriya Xristian Assosiasiyasına istinadən məlumat yayıb. Assosiasiyanın bəyanatına görə, tələbələr cümə və şənbə günləri arasında qaçaraq valideynlərinə qovuşublar, lakin məktəbə qayıda bilməyiblər.

Qeyd olunur ki, ölkənin şimal-şərqindəki özəl katolik məktəbindən hələ də 253 uşaq və 12 müəllim əsirlikdə qalır. Bundan əvvəl silahlıların Nigeriyada Müqəddəs Meri Katolik Məktəbindən 227 nəfəri qaçırdığı bildirilib.

DOĞRU.AZ

Seçilən
36
1
dogru.az

2Mənbələr