AZ

Tramp Nyu-Yorkun maliyyələşdirilməsini azaltmaq fikrindən daşındı

BAKI, 23 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bu həftə Vaşinqtonda Nyu-Yorkun yeni seçilmiş meri Zöhran Mamdani ilə görüşdən sonra şəhərin federal maliyyələşdirilməsinin azaldılmasına dair əvvəlki bəyanatlarını yumşaldıb.

Teleqraf xəbər verir ki, bu barədə CNN-ə müsahibəsində Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset məlumat verib.

Hassetin sözlərinə görə, əvvəl Tramp Mamdaninin seçki qalibiyyəti halında Nyu-Yorku federal vəsaitdən məhrum etməklə hədələsə də, indi bu mövqedən geri çəkildiyi görünür.

“Görünür, artıq bunu istəmir. Düşünürəm ki, Mamdaninin addımlarını izləmək üçün bir qədər gözləməliyik”, - o bildirib.

Ağ Ev rəsmisi həmçinin vurğulayıb ki, Mamdaninin şəhərin polis komissarı Cessika Tişi vəzifəsində saxlaması onun administrasiya ilə işləməyə hazır olduğunu göstərir.

“Biz ümid edirik ki, əməkdaşlıq mümkün olacaq. Prezident Tramp ABŞ vətəndaşlarının gələcəyindən narahat olan hər kəslə işləmək istəyir”, - deyə Hasset əlavə edib.

Zöhran Mamdani 1 yanvar 2026-cı ildə Nyu-York meri kimi and içəcək. Şəhərə hazırda Erik Adams rəhbərlik edir.

Seçilən
65
teleqraf.com

1Mənbələr