AZ

Qəzzada ölən və yaralananların sayı artdı

BAKI, 23 noyabr. TELEQRAF

İsrail ordusunun ötən gün Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 23 nəfər fələstinli ölüb.

Teleqraf xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrail Müdafiə Ordusunun regiona endirdiyi zərbələr nəticəsində Qəzza zolağının xəstəxanalarına 23 ölü və 83 yaralı daxil olub.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 69 756 nəfər ölüb, 170 946 nəfər yaralanıb.

Seçilən
15
3
teleqraf.com

4Mənbələr