AZ

Qəzzada ölən və yaralananların sayı artdı

BAKI, 16 noyabr. TELEQRAF

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 17 nəfər fələstinli ölüb.

Teleqraf xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, son 72 saat ərzində İsrail Müdafiə Ordusunun regiona endirdiyi zərbələr nəticəsində Qəzza zolağının xəstəxanalarına 17 ölü və 3 yaralı daxil olub.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 69 483 nəfər ölüb, 170 706 nəfər yaralanıb.

Seçilən
92
3
teleqraf.com

4Mənbələr