AZ

Gəncədə yeniyetmə bıçaqlanıb - YENİLƏNİB

Gəncədə yeniyetməni bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü M.Nağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

22 noyabr, saat 20.21

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü N. Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
37
4
apa.az

10Mənbələr