ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kitt Kelloq Ukrayna üzrə danışıqların gedişi haqqında verdiyi yeni bəyanatlarla Vaşinqtonun mövqeyində ciddi dəyişikliklərə işarə edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, ABŞ Kiyevi “təhlükəsizlik zəmanətləri qarşılığında bəzi ərazilərdən imtina etməyə” sövq edə bilər və Ukraynanın qarşısında çox çətin qərarlar durur.
Kelloq bildirib ki, Vaşinqton realist yanaşma tələb edir və kompromisin müharibəni dayandırmaq üçün qaçılmaz ola biləcəyini düşünür:
“Ukraynanı çətin qərarlar gözləyir. ABŞ hesab edir ki, Kiyev təhlükəsizlik zəmanətləri qarşılığında bəzi ərazi məsələlərinə yenidən baxmalı ola bilər".
Tramp administrasiyasının xüsusi elçisi əlavə edib ki, Rusiya tərəfi sülh planına bir sıra dəyişikliklər tələb edəcək və Vaşinqton bu tələblərə hazır olmalıdır.
Kelloqun digər açıqlamaları da diqqət çəkib:
"Ukraynada prezident seçkiləri keçirilməsi vacibdir". O deyib ki, seçkilər Ukrayna xalqını sakitləşdirəcək və daxili sabitliyi gücləndirəcək.
Zelenskinin ABŞ-a səfəri mümkündür.
Kelloq bildirib ki, Ukrayna Prezidenti yaxın vaxtlarda Trampın sülh planını müzakirə etmək üçün ABŞ-a gələ bilər.
Musavat.com