AZ

Vətəndaş 4 ildir ki, kəsilmiş pensiyasını bərpa etdirə bilmirVİDEO

Daşkəsən rayon sakini 4 ildir ki, kəsilmiş pensiyasını bərpa etdirə bilmir. 2-ci qrup əlillik dərcəsi ilə 17 il pensiya alan 57 yaşlı kişinin bütün əlaqədar instansiyalara  müraciətləri nəticəsiz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, Daşkəsən rayonu, Zağalı kənd sakini Hidayət Orucov 2005-ci ildə tikintidə yıxılaraq xəsarət aldıqdan sonra ona 2-ci qrup əlillik dərəcəsi təyin edilib və 2021-ci ilədək pensiya alıb.

Həmin vaxtdan etibarən pensiyası  dayandırılan şəxsin yenidən bu imtiyazdan yararlanmaq üçün səhiyyə müəssisələrinə müraciəti səmərəsiz olub.

Şikayətçi deyir ki, indi nə əlillik pensiyasını bərpa etdirə, nə də sağlamlıq vəziyyəti ilə bağlı işə girə bilmir. Ailənin heç bir daimi gəliri olmadığından sosial yardımdan da yararlana bilmir. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, vətəndaşın müraciəti TƏBİB-in yerli qurumları tərəfindən sistemə daxil edilmədiyindən qiymətləndirilməsi mümkün deyil.

TƏBİB-dən isə sorğumuza cavab olaraq bildirildi ki, vətəndaş Orucov Hidayət Pənah oğlu Göygöl Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Vətəndaşa ixtisaslaşmış tibb müəssisəsində sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün göndəriş verilib. 02.07.2025- ci il tarixində Respublika Klinik Xəstəxanasından verilmiş epikrizdə qeyd olunan diaqnozlar əlilliyinin qiymətləndirilməsi üçün meyarlara uyğun deyil. Bununla baglı vətəndaş yenidən həkim məsləhət komissiyasına dəvət olunaraq imtina aktı tərtib edilib təqdim olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
216
7
xezerxeber.az

8Mənbələr