AZ

İran Azərbaycanın idxal tərəfdaşları arasında 9-cu yerdə qərarlaşıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla İran İslamRespublikası arasında ticarət əməliyyatlarının həcmi 518,2 milyonABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 5,7 milyon ABŞ dolları və ya 1,1% azdır.

Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 1,27%-i həcmində olub.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan İrana 8,244milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 2,8 milyon ABŞ dolları və ya 25,1% azdır.

Eyni zamanda hesabat dövründə İrandan Azərbaycana isə 509,9milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon ABŞ dolları vəya 0,6% azalma deməkdir. Bu göstərici ilə İran Azərbaycanın ən çoxidxal əməliyyatları apardığı ölkələr siyahısında 9-cu pillədəqərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanxarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyardABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın,19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6milyard ABŞ dolları və yaxud 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya2,5 dəfə azdır.

Seçilən
27
13
az.trend.az

10Mənbələr