AZ

Payız aylarında niyə kərə yağı yemək lazımdır?

Payızda vitamin çatışmazlığı ilə mübarizə aparmaq üçün hansı qidaların yeyilməli olduğu açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə ROSBIOTECH Universitetinin İ.A. Roqov adına Tətbiqi Biotexnologiya və Qida Mühəndisliyi İnstitutunun direktoru Dmitri Kulikov "Gazeta.Ru"ya danışıb.

O bildirib ki, menyuya kərə yağı əlavə etmək A, E, D və K vitamini çatışmazlığı riskini azaldır. Çörək isə mineral və amin turşusu çatışmazlığı riskini azaltmağa kömək edir.

Mütəxəssisin sözlərinə görə, insan orqanizmi mikroelementləri saxlaya bilmir, ona görə də onlar müntəzəm olaraq qida vasitəsilə qəbul edilməlidir. Bu məqsədlə xüsusi olaraq zənginləşdirilmiş məhsullara üstünlük vermək lazımdır.

"Bu cür qidaları hazırlamağın məqsədi ictimai sağlamlığı qorumaqdır. Bu gün çörəyin qida dəyərini artırmaq üçün ona vitaminlər, minerallar və amin turşuları əlavə edilir. Bir sıra məhsullar vitamin və mineral kompleksləri, eləcə də təbii bitki mənşəli əlavələrlə zənginləşdirilir. Məsələn, südün tərkibinə D vitamini əlavə olunur", - deyə Kulikov söyləyib.

Seçilən
60
2
publika.az

3Mənbələr