AZ

Prezident İlham Əliyev DTX-nin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması barədə Fərman imzalayıb

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi XidmətininMərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (MİRAS)yaradılıb.

Trend xəbərverir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Təhlükəsizliyi XidmətininMərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemihaqqında Əsasnamə” təsdiq edilib.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həlletməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AzərbaycanRespublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlətinformasiya ehtiyatları və sistemlərinin formalaşdırılması,aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiqedilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabrtarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələntədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Dövlət Təhlükəsizliyi Xidməti MİRAS-ın formalaşdırılması,aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, həmçininondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlərgörməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi ilə birlikdə MİRAS-ın “Dövlət informasiya ehtiyatlarının,sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdiməlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxiledilməsi üçün tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, AzərbaycanRespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, AzərbaycanRespublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Elmvə Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların vəMəcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, AzərbaycanRespublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan RespublikasınınDini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan RespublikasınınDövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət SərhədXidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi XidmətəÇağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının DövlətTurizm Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, AzərbaycanRespublikasının Dövlət İmtahan Mərkəzi, “Azərişıq” Açıq SəhmdarCəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin“Azəriqaz” İstehsalat Birliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiqedilən Əsasnamənin 3-cü hissəsində göstərilən məlumatların ElektronHökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etməkməqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bubarədə Azərbaycan Respublikasının Prezidentinə məlumatverməlidirlər.

Seçilən
66
46
az.trend.az

10Mənbələr