AZ

Səyahətinin 38 ci günü Ağstafadan keçdi, bu görüntüləri paylaşdı Video

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyədən Monqolustana piyada səyahət edən türkiyəli yutuber Oğuzhan Tıraşın Azərbaycandan keçərkən Tovuz və Ağstafa bölgəsində uşaqlarla səmimi söhbət etməsi maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, o həmin anın görüntüsünü “Yırtık pantolon” adlı sosial şəbəkə hesabında paylaşıb.

Görüşdə azyaşlıların yutuberə qayğı göstərməkləri diqqət cəlb edib. Belə ki, uşaqlar ondan su, yemək və pulunun olub-olmadığını soruşublar. O. Tıraş su üçün onlara pul təklif etdikdə isə uşaqlar “siz bizim qardaşımızsınız, pulsuzdur”, - deyə bildiriblər.

Bundan sonra onlar əllərində Azərbaycan bayrağı ilə “Şəhidlər ölməz, vətən bölünməz”, “Türkiyə-Azərbaycan” kimi şüarları səsləndiriblər. Tıraş uşaqların səmimi olduğunu və bu qədər kilometr yol qət etdikdən sonra eyni dildə danışa bilməyin xoşbəxtlik bəxş etdiyini deyib.

Tıraş səyahətinin 38-ci günündə Ağstafanın Eynallı və Köçəsgər kəndlərindən də videolar paylaşıb. O, yolboyu şəhid şəkillərinin qoyulmasına diqqət çəkib.

Həmin videonu təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
3
qafqazinfo.az

4Mənbələr