AZ

Səyahətinin 38-ci günü Ağstafadan keçdi, bu görüntüləri paylaşdı - VİDEO

Türkiyədən Monqolustana piyada səyahət edən türkiyəli yutuber Oğuzhan Tıraşın Azərbaycandan keçərkən Tovuz və Ağstafa bölgəsində uşaqlarla səmimi söhbət etməsi maraqla qarşılanıb.

News365.az xəbər verir ki, o həmin anın görüntüsünü “Yırtık pantolon” adlı sosial şəbəkə hesabında paylaşıb.

Görüşdə azyaşlıların yutuberə qayğı göstərməkləri diqqət cəlb edib. Belə ki, uşaqlar ondan su, yemək və pulunun olub-olmadığını soruşublar. O. Tıraş su üçün onlara pul təklif etdikdə isə uşaqlar “siz bizim qardaşımızsınız, pulsuzdur”, - deyə bildiriblər.

Bundan sonra onlar əllərində Azərbaycan bayrağı ilə “Şəhidlər ölməz, vətən bölünməz”, “Türkiyə-Azərbaycan” kimi şüarları səsləndiriblər. Tıraş uşaqların səmimi olduğunu və bu qədər kilometr yol qət etdikdən sonra eyni dildə danışa bilməyin xoşbəxtlik bəxş etdiyini deyib.

Tıraş səyahətinin 38-ci günündə Ağstafanın Eynallı və Köçəsgər kəndlərindən də videolar paylaşıb. O, yolboyu şəhid şəkillərinin qoyulmasına diqqət çəkib.

Həmin videonu təqdim edirik:

Seçilən
5
3
news365.az

4Mənbələr