AZ

Restoran ərazisində ölən gənclərin kimliyi bilindi

Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində cərəyan vurması nəticəsində vəfat edən şəxslərin kimliyi məlum olub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir li, faciəli hadisə nəticəsində vəfat edən şəxslər - 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradlı və 19 yaşlı Eltac Əliyevdir.

Qeyd edək ki, hadisə Binəqədi şosesində yerləşən "Lake Hotel" restoranının yaxınlığında baş verib.

13:24

Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi şosesində yerləşən “Lake Hotel” şadlıq sarayının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

“Azərişıq” ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib:

“Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Seçilən
20
33
metbuat.az

10Mənbələr