AZ

“Vətənə xəyanətdir və...” Tramp demokratları edamla təhdid etdi

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Demokrat Partiyanın bəzi konqres üzvlərinin ordu və kəşfiyyat əməkdaşlarına "qanunsuz olduğunu düşündükləri əmrləri yerinə yetirməyin” çağırışı edən müxalif üzvlərinə sərt reaksiya verib.

Prezident bu çağırışı ən yüksək səviyyədə vətənə xəyanət adlandıraraq, həmin Demokrat siyasətçilərin ölümlə cəzalandırıla biləcəyini qeyd edib və müxalifət üzvlərini edamla təhdid edib.

Sözügedən açıqlama çərşənbə axşamı yayımlanan bir video mesajdan sonra gəlib. Videoda hərbi və ya kəşfiyyat keçmişi olan altı konqres üzvü ABŞ Konstitusiyasına daxili təhlükələrin artdığını vurğulayaraq, əsgərlərə və rəsmilərə "qanunsuz və qeyri-müəyyən əmrləri yerinə yetirməyin" çağırışı edirdi.

Senator Mark Kelli, “Qanunlarımız açıqdır — qeyri-qanuni əmrləri rədd edə bilərsiniz” deyib. Pensilvaniya nümayəndəsi Kris Deluzio da “bu tip qanunları rədd etməlisiniz” sözlərini əlavə edib.

Ağ Evin sözçüsü Karolin Leavitt isə Prezidentin şiddət çağırışı etmədiyini iddia edib. O, Demokrat siyasətçilərin çağırışlarının riskli olduğunu vurğulayaraq videonun hüquqi qiymətləndirilməyə çıxarıla biləcəyini qeyd edib. ABŞ rəsmiləri videonun məzmununun araşdırıldığını təsdiqləyib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
azpolitika.info

1Mənbələr