AZ

Vilayət Eyvazova müraciətdən sonra məhkəməyə üz tutacaq

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməkdar artist Mehriban Xanlarova aparıcı Yalçın Uğura qarşı məhkəmə iddiası qaldırır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə özü məlumat yayıb.

O qeyd edib ki, əlində olan bütün sübutlarla məhkəmədə çıxış edəcək:

"Qarşı tərəflə məhkəmədə görüşəcəyik. DİN-ə etdiyim müraciətə də dərhal cavab verildi. Danışdıq və mən həmin şəxsi həftənin 1-ci günü məhkəməyə verəcəm. Əlimdəki bütün dəlil və sübutları da məhkəmədə təqdim edəcəm".

Bir neçə gün öncə Əməkdar artist daxili işlər naziri Vilayət Eyvazova müraciət etmişdi. O bildirmişdi ki, “Günə Uğurla” adlı verilişdə aparıcı Yalçın Uğur Əməkdar artistin icazəsi və razılığı olmadan ailə həyatını əhatə edən məlumatları efirə çıxararaq müzakirə mövzusuna çevirib. Həmin yayım ailə həyatına hörmət hüququnu kobud şəkildə pozub, həm onun, həm də ailə üzvlərinin mənəvi rahatlığına ciddi mənada zərər vurub.

Aydan Hacı 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
yenisabah.az

2Mənbələr