AZ

Lənkəranda Xəzərin altından “itmiş meşə” üzə çıxdı – Qədim palıd kökləri göründü

LƏNKƏRAN, 21 noyabr. TELEQRAF

Lənkəranın Kənarmeşə kəndi ərazisində Xəzər dənizinin geri çəkilməsi nəticəsində illərdir suyun altında qalmış qədim meşə qalıqları üzə çıxıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, dənizin içində qayalıq kimi görünən çıxıntıların əslində nəhəng ağac kökləri olduğu məlum olub. Yerli sakinlərin sözlərinə görə, bu ərazidə bir vaxtlar geniş palıd meşələri mövcud olub və Kənarmeşə kəndinin adı da buradan qaynaqlanır.

Üzə çıxan kök qalıqlarının diametri 3–4 metrə qədər çatır. Mütəxəssislər bu ağacların yüz illər boyunca yaşamış iri palıdlara məxsus olduğunu və uzun müddət Xəzərin duzlu suyunda qalmalarına baxmayaraq tam çürümədiklərini bildirirlər.

Suyun çəkilməsi ilə bir neçə ərazidə qırılmış iri ağac gövdələrinə də rast gəlinib. Faktlar göstərir ki, Xəzər dənizi əsrlər boyu sahilə doğru irəlilədiyi torpaq sahəsindən bu gün geri çəkilməyə başlayıb və bir zamanlar mövcud olmuş meşə zolağının izləri yenidən görünür.

Seçilən
91
14
teleqraf.com

10Mənbələr