AZ

Zelenski: Ukrayna ABŞ ilə müharibənin başa çatdırılması planı üzərində işləyəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ordu naziri Daniel Driskol ilə real sülhə nail olma variantlarını, işin mərhələlərini və münaqişənin nizamlanması üzrə dialoq formatlarını, həmçinin diplomatiya üçün yeni nüansları müzakirə edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında yazıb.

"Ukrayna və ABŞ müharibənin (Rusiya-Ukrayna – red.) başa çatdırılması planının bəndləri üzərində işləyəcəklər. Biz konstruktiv, dürüst və operativ işə hazırıq", – deyə Ukrayna lideri vurğulayıb.

Zelenski Driskolla Rusiya Silahlı Qüvvələrinin Ternopola endirdiyi genişmiqyaslı zərbə barədə məlumat verib. Bu hücum 27 nəfərin həyatına son qoyub:

"Ötən gün Rusiya ordusunun çoxmərtəbəli binaya zərbə endirmək üçün istifadə etdiyi "X-101" raketi 2025-ci ildə istehsal olunub. Onun tərkibində 175 xarici komponent var ki, hələ də sanksiyaları aşaraq Rusiyaya daxil olur. ABŞ-nin bütün bu sxemlərin məhdudlaşdırılmasında köməyinə ümid edirik. Nazir Driskola şirkətlər – kritik komponentlərin istehsalçıları, mənşə ölkələri və həmin detallar barədə konkret materiallar təqdim etdim".

O qeyd edib ki, Ukraynaya sülh lazımdır və ölkə ABŞ Prezidenti Donald Trampın, eləcə də onun komandasının Avropada təhlükəsizliyin bərpası istiqamətindəki səylərini yüksək qiymətləndirir.

Seçilən
44
50
olke.az

10Mənbələr