AZ

Uşaqlar Birliyinin sığıncağına yerləşdirilən yeniyetmə itkin düşüb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Uşaqlar Birliyinin sığıncağına yerləşdirilən yeniyetmə itkin düşüb.

APA xəbər verir ki, bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O, bildirib ki, yeniyetmə təhsil aldığı müəssisəyə gedib və geri qayıtmayıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-nın sorğusuna cavab olaraq bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən 17 yaşlı yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
7
apa.az

10Mənbələr