Bakıda sığınacaqdan itkin düşən qız tapılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Azreform.info -a bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən 17 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılıb.
Qeyd edək ki, sığınacaqda qalan yeniyetmə qızın itkin düşməsi barədə ilk olaraq Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə öz sosial şəbəkə hesabında məlumat yaymışdı.