ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Adı Ukraynada korrupsiyada hallanan Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ölkəsinə qayıdıb.
Globalinfo.az “Oxu.Az”a istinadla xəbər verir ki, bu barədə millət vəkili Aleksey Qonçarenko özünün “Telegram” kanalında məlumat verib.
“Rustem Umerov ölkəyə qayıdıb”, – deyə parlamentari yazıb.
“Berliner Zeitung” (BZ) nəşri noyabrın 20-də yazıb ki, Umerovun ezamiyyətinin vaxtının uzadılması Ukrayna elitasını narahat edir. Bildirilir ki, Umerovun xaricə “qaçması” onun Ukraynada korrupsiya qalmaqalına aidiyyəti olması ilə bağlı şayiələri qızışdırır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.