ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Kürdəmirdə Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, RİH başçısı Elşən Həsənli E.Ağayev adına Sor-Sor kənd tam orta məktəbində Sor-Sor kəndinin sakinləri ilə görüşüb.
Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə RİH başçısının müavinləri və şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, eləcə də kənd sakinləri iştirak ediblər.
RİH başçısı Elşən Həsənli çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.
Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.