AZ

Elşən Həsənli sakinlərlə ilk görüşünü keçirdi Fotolar

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının əhali ilə müntəzəm olaraq keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, bir neçə gün öncə Kürdəmirin icra başçısı təyin olunan Elşən Həsənli sakinlərlə ilk görüşünü Z.Əhmədov adına Şilyan kənd tam orta məktəbdə keçirib.

Görüşdə Şilyan və Qarasu kəndlərinin sakinləri iştirak edib.

RİH başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə RİH başçısının müavinləri və şöbə müdirləri, hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

E.Həsənli çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
qafqazinfo.az

2Mənbələr