Polşa, Moskvadakı səfiri Rusiyada bir qrup şəxs tərəfindən hücuma məruz qalıb. Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Maçey Vevior, Moskvadakı səfir Kşiştof Krayevskinin noyabrın 16-da Sankt-Peterburqda hücuma məruz qaldığını açıqlayıb.
10 nəfərlik qrupun əvvəlcə səfirə xoşagəlməz sözlər dediyini bildirən Vevior deyib ki, sonra qrup üvləri səfirə fiziki hücum ediblər. O, səfirə hücumun mühafizəçiləri tərəfindən qarşısının alındığını bildirib. Varşavadakı Rusiya səfirliyinin müvəqqəti işlər vəkilinə Polşanın Qdansk şəhərindəki Rusiya konsulluğunun bağlanması ilə bağlı nota təqdim edərkən, səfir Krayevskiyə qarşı hücumla bağlı etirazlarını da onlara çatdırdıqlarını açıqlayıb.
Rusiya mediasının məlumatına görə, bir qrup rusiyalı fəal Polşa səfiri K.Krayevskiyə Polşanın Ukrayna müharibəsi ilə bağlı mövqeyinə etiraz edib. Məlumata görə, əllərində plakatlar olan şəxslər Polşanın bir tərəfdən sülh tərəfdarı olduğunu iddia edib, digər tərəfdən Ukraynanı silahlandırmaqla müharibəni maliyyələşdirdiyini deyərək səfir Krayevskidən, nə üçün Varşavanın bu cür ikiüzlü siyasət yürütdüyünü soruşmaq istəyiblər. Lakin Polşa səfirinin mühafizəçiləri qarşısını alıb.
TAHİR