AZ

“Təqaüdə erkən çıxmaq məsələsi aktualdır”

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Parlamentdə pensiyaya erkən çıxmaq məsələsi müzakirə olunub.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib.

“Təqaüdə erkən çıxmaq məsələsi aktualdır. 5 və daha çox uşağı olan ananın bu hüquqdan faydalanması ilə bağlı təklif vermək istəyirəm. İndi 5 uşağı olan anaların sayı çox azdır. Ona görə də 3 və daha çox uşağı olan analara şamil edilsə, daha yaxşı olar”, - deputat bildirib. 

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
qafqazinfo.az

1Mənbələr