AZ

Vüqar Məmmədovun məhkəmədə halı pisləşdi

Bu gün Səbail Rayon Məhkəməsində Hürriyyət TV-nın baş redaktoru Vüqar Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı proses keçirilib.

Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıcov bildirib.

O qeyd edib ki, proses zamanı Vüqar Məmmədovun halı pisləşib, təzyiqi düşüb və ürəyi bulanan baş redaktor qaytarıb.

"Yaşı və səhhətinin, eləcə də törətdiyi cinayətin ağır olmamasının nəzərə alınaraq, məhkəmədə onu ev dustaqlığına buraxması barədə məsələ qaldırdıq. Çünki Vüqar Məmmədovun ürəyində problemlər var və o, həbs olunmamışdan bir neçə gün əvvəl həkim müayinəsində olub. Həkim ona əməliyyat olunmağı tövsiyə edib", - deyə A.Layıc jurnalistlərə bildirib.

Məhkəmə vəkilin V.Məmmədovun ev dustaqlığına buraxılması barədə vəsadətini təmin etməyib.

Seçilən
15
8
publika.az

10Mənbələr