AZ

Növbəti köç karvanı Hadruta çatıb, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB-1

Bu gün Hadrut qəsəbəsinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, sakinlərə ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Hadrut qəsəbəsinə 17 ailə olmaqla 63 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Köçürülən ailələrin evlərdə məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.

***

13.49

Növbəti köç karvanı Xocavəndin Hadrut qəsəbəsinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün Hadrut qəsəbəsinə 17 ailə - 63 nəfər köçürülüb.

***

12:48

Bu gün Xocavəndin Hadrut qəsəbəsinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Hadrut qəsəbəsinə 17 ailə - 63 nəfər köçürülür.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Növbəti Növbəti Növbəti
Seçilən
25
10
apa.az

10Mənbələr