
Xocavəndin Hadrut qəsəbəsinə növbəti köç karvanı yola salınıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən AFN.az-a verilən məlumata görə, Hadrut qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Hadrut qəsəbəsinə 17 ailə, 63 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər və bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
![]()