AZ

Yeni Klinikada Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzləriAÇILIB

Yeni Klinikada Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzləri açılıb.

Redaktor.az xəbər verir ki, Yeni Klinikada müasir tələblərə cavab verən Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı keçirilib.

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Mediatur çərçivəsində media nümayəndələrinə hər iki mərkəzin fəaliyyəti, xidmət istiqamətləri və tətbiq olunan yeniliklər barədə məlumat verilib.

3600 kvadratmetr ərazidə yerləşən Robotik Reabilitasiya Mərkəzi reabilitasiya sahəsində texnoloji inqilab hesab olunur və nevroloji, ortopedik, pediatrik, onkoloji, idman, geriatrik və digər istiqamətlər üzrə geniş xidmətlər təqdim edir.

Yeni Sümük İliyi Transplantasiyası Mərkəzi isə müasir standartlara uyğun şəkildə qurulub və 22 çarpayılıq şöbədə həm böyüklər, həm də uşaqlar üçün allogen və autogen transplantasiya xidmətləri göstəriləcək. Mərkəz HEPA filtrasiyalı hava sistemi, izolasiya blokları və yüksək səviyyəli infeksion nəzarət ilə təchiz olunub.

Hər iki mərkəz ölkədə tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir müalicə metodlarının əlçatanlığının genişləndirilməsinə mühüm töhfə verəcək.

Nuriyyə NATİQQIZI

222222
Seçilən
36
35
redaktor.az

10Mənbələr