Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada matəm kitabı açıb.
İnterpress.az xəbər verir ki, matəm kitabı noyabrın 19-da Rusiyanın Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində həlak olanların xatirəsinin anılması üçün açılıb.
Bildirilib ki, başsağlığı vermək üçün aşağıdakı ünvana məktub göndərmək olar: [email protected].
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərini atəş tutması nəticəsində üçü uşaq olmaqla 25 nəfər həlak olub. Hadisə nəticəsində 73 nəfər, o cümlədən 15 uşaq isə yaralanıb.