AZ

Ukraynadan Rusiyaya gözlənilməz HÜCUM Müharibənin seyri DƏYİŞİR?

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Vaşinqtonun razılığından sonra, Ukrayna ordusu hərəkətə keçərək ABŞ istehsalı olan ATACMS taktiki raket sistemləri ilə Rusiya ərazisinə zərbələr endirib.Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, dünən baş tutan hücum nəticəsində Rusiyadakı hərbi obyektlərə dəqiq zərbələr endirilib. Baş Qərargah bu addımı “Ukraynanın suverenliyini qorumaq istiqamətində sarsılmaz iradənin nümayişi” kimi qiymətləndirib.ATACMS raketləri ilə Voronej vilayətində yerləşən "Poqonovo" hərbi poliqonunun vurulduğu bildirilir.

Onu da qeyd edək ki, taktiki balistik raket kompleksindən olan ATACMS raketləri 300 km uzaqlıqdakı hədəfi vurmaq qabiliyyətinə malikdir.Mövcud durumda görəsən, müharibənin seyri dəyişə bilər?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, hətta ATACMS raketlərinin əldə edilməsi fonunda belə müharibənin seyri dəyişməyəcək:

 

“Belə informasiyalar tez-tez, hətta demək olar ki, həmişə yayılır. Onun üzərindən də müxtəlif yeni informasiyalar tirajlanır. Amma buna baxmayaraq nəticə əldə olunmur. Uzun müddət baş verən canlı itkilər fonunda bir tərəfdən də dronlardan istifadə edirlər. Hər iki tərəf saysız-hesabsız vasitələrdən istifadə etməklə nəticə əldə etməyə çalışır”.

Trampla Putin Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq istəyir.Ekspert qeyd edib ki, indi əsas diqqət Trampın müharibəni dayandırmaqla bağlı planına yönəlib:“Hazırda isə əksər ekspertlər ABŞ-la Rusiyanın Ukrayna ilə bağlı planının üzə çıxdığı barədə şərhlər verməyə başlayıblar. Görünür, prosesin seyrini dəyişdirmək və Zelenskinin hakimiyyətdən getməsilə bağlı Vaşinqtonla Moskva ortaq fikrə gəliblər. Bu mənada fikrimcə, Ukraynanın istifadə etməyə başladığı ABŞ istehsalı olan ATACMS raketləri belə müharibənin gedişini dəyişmək iqtidarında olmayacaq”.Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
1
bizim.media

2Mənbələr