AZ

Tramp “Epşteyn sənədləri” ilə bağlı qanun layihəsini imzalayıb

ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərin dərcini tələb edən qanun layihəsini imzalayıb.

Bu barədə The Hill məlumat yayıb.

Məlumata görə, Tramp Ədliyyə Nazirliyinə Epşteynlə bağlı məxfi olmayan bütün sənəd və qeydlərin açıqlanması barədə rəsmi tapşırıq verib.

Qeyd edək ki, maliyyəçi Ceffri Epşteyn 2019-cu ilin iyulunda həbs edilib. Nyu-York ştatının Prokurorluğu iddia edib ki, o, 2002-2005-ci illərdə Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qız gətirib, onlardan ən kiçiyi 14 yaşında olub. Epşteynin tanışları arasında keçmiş dövlət başçıları, iş adamları və məşhurlar da daxil olmaqla, ABŞ-dən və xaricdən çoxsaylı nüfuzlu şəxslər olub. 10 avqust 2019-cu ildə Epşteyn həbsxanada intihar edib və bundan sonra cinayət işi dayandırılıb. Buna baxmayaraq hadisə və onun əlaqələri barədə sənədlər ABŞ ictimaiyyətində hələ də böyük müzakirə mövzusu olaraq qalır.

AzPost.az

Seçilən
36
azpost.info

1Mənbələr