AZ

41 yaşlı Tyaqo Silva Avropaya qayıtmaq istəyir

“Fluminense”nin 41 yaşlı müdafiəçisi Tyaqo Silva İngiltərədə yaşayan ailəsinin yanında oyunçu karyerasını başa vurmaq üçün Avropaya qayıtmağı düşünür.

İdman.Biz bu barədə “Globo”ya istinadən bildirir.

Müqaviləsi 2026-cı ilin iyun ayına qədər olan oyunçu mövsümün sonunda klubdan ayrılacaq. “Fluminense” rəhbərliyi müqaviləni uzatmaq istəyir, lakin oyunçunun şəxsi istəklərini başa düşür.

Oyunçu, İtaliya mətbuatına görə, potensial transfer iddiaçısı olan “Milan”dan mümkün təklifləri istisna etmir.

Müdafiəçi karyerasını ailəsinin yaxınlığında başa vurmaq istəyir və onun prioriteti “Çelsi”də oynayan uşaqlarını mütəmadi olaraq ziyarət etməkdir. Onun planına üç ildən sonra məşqçiliyə keçid də daxildir.

Müdafiəçi əvvəllər “Milan”, PSJ və “Çelsi”də oynayıb. Tiaqo Silva Braziliya millisində 113 oyun keçirib və yeddi qol vurub.

İdman.Biz

Məqalədə:
Seçilən
50
1
idman.biz

2Mənbələr