AZ

Sızdırılan sülh planı ŞOK ETDİ: Krım və Donbass Rusiyaya verilir, Ukraynaya rus dili TƏLƏBİ


ABŞ və Qərbin vasitəçiliyi ilə hazırlanan mümkün sülh planının detallarının sızdırılması beynəlxalq gündəmdə böyük rezonans yaradıb.

Musavat.com xəbər verir ki, sənəddə Ukraynanın sərhədləri və dövlət quruluşu ilə bağlı ciddi və mübahisəli şərtlər yer alır.

Məlumatı yayan Axios iddia edir ki, Rusiya danışıqlar baş tutacağı təqdirdə Xerson və Zaporojyenin bir hissəsini geri qaytarmağa hazır ola bilər. Bu, Moskvanın sülh prosesində atmağa razı olduğu ən böyük addım kimi təqdim olunur. Lakin sızdırılan planın qalan müddəaları

Kiyev üçün tamamilə qəbuledilməz hesab olunur:

* Krım və Donbassın Rusiya ərazisi kimi tanınması planın əsas şərtlərindən biridir;
* "Financial Times" yazır ki, layihədə rus dilinin Ukraynada rəsmi dövlət dili elan olunması təklif edilir;
* Ukrayna rəhbərliyi bu məqamların əksəriyyətinə kəskin şəkildə qarşı çıxır və belə bir razılaşmanın ölkənin suverenliyinə zidd olduğunu bildirir.

Sənədin sızdırılması Vaşinqton, Brüssel və Kiyevdə narahatlıq doğurub. Ekspertlər qeyd edir ki, belə bir planın reallaşması, xüsusilə Krım məsələsi, həm siyasi, həm də hüquqi baxımdan son dərəcə çətindir.

Analitiklərin fikrincə, sızdırılan mətn daha çox tərəflərin mövqelərini test etmək, beynəlxalq ictimai rəyin reaksiyasını ölçmək və mümkün danışıqların çərçivəsini müəyyənləşdirmək məqsədi daşıya bilər.

Hadisələrin inkişafı həm Kiyev, həm də Moskvanın real danışıqlara nə qədər yaxın olduğunu göstərəcək.

 


Musavat.com

Seçilən
40
18
musavat.com

10Mənbələr