AZ

Axios: Trampın yeni sülh planı Ukraynanın şərq ərazilərini Rusiyaya verməyi nəzərdə tutur...

ABŞ rəsmisi: Müharibə davam edərsə, Kiyev bu əraziləri onsuz da itirəcək...

Poliqon xəbər verir ki, ABŞ-nin nüfuzlu Axios nəşri Tramp administrasiyasının Ukrayna müharibəsinin dayandırılması üçün hazırladığı yeni sülh planının təfərrüatlarını açıqlayıb. Məlumata görə, plan Rusiyanın hazırda nəzarətində olmayan Şərqi Ukrayna bölgələrinin Moskvaya verilməsini, bunun müqabilində isə ABŞ-ın təhlükəsizlik təminatları təqdim etməsini nəzərdə tutur.

Məsələ ilə bağlı məlumat verən yüksək vəzifəli amerikalı rəsminin sözlərinə görə, Ağ Ev müharibə davam edəcəyi halda Ukraynanın bu əraziləri “istənilən halda itirəcəyinə” inanır. Buna görə də Vaşinqton hesab edir ki, Kiyev üçün indi razılaşma əldə etmək daha sərfəlidir.

Plan çərçivəsində ABŞ və digər Qərb dövlətləri Krımı və Donbası Rusiyanın “qanuni ərazisi” kimi tanıya bilər. Bununla belə, mənbə bildirir ki, Vaşinqton Ukraynadan bu tanımanı rəsmiləşdirməyi tələb etməyəcək.

Ukraynalı rəsmilər də təsdiqləyiblər ki, ABŞ planında Donbas üzrə ciddi ərazi güzəştləri, həmçinin Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə və uzaqmənzilli silahlarına məhdudiyyətlər yer alır. Bütün bunların qarşılığında ABŞ Kiyevə təhlükəsizlik təminatları verməyə hazır olduğunu bildirir. Lakin bu təminatların konkret nədən ibarət olacağı hələlik məlum deyil. Axios qeyd edir ki, söhbət Ukraynanın gələcəkdə əlavə rus aqressiyasından müdafiəsi ilə bağlı vədlərdən gedə bilər.

Analitiklər hesab edirlər ki, Tramp administrasiyasının bu yanaşması həm NATO daxilində, həm də Avropa İttifaqında ciddi siyasi narazılıq yarada bilər. Çünki ərazi güzəştləri əsasında sülh konsepsiyası indiyədək Qərbin ümumi mövqeyi ilə ziddiyyət təşkil edib.

Ukraynada isə bu plan cəmiyyətdə böyük narahatlıq doğurub. Kiyevdə bir çoxları belə bir sazişin faktiki olaraq Rusiyanın təcavüzünü mükafatlandıracağını və ölkənin suverenliyinə ağır zərbə vuracağını düşünür.

Hazırda tərəflərdən heç biri rəsmi şəkildə planı təsdiqləmir, lakin diplomatik kanallar vasitəsilə müzakirələrin davam etdiyi bildirilir. Tramp administrasiyasının yaxın günlərdə bu planı prezident Volodimir Zelenskiyə təqdim edəcəyi gözlənilir.

Poliqon.info

Seçilən
63
35
poliqon.info

10Mənbələr