Polşa xarici işlər naziri Radoslav Sikorski Polşada – Qdanskda fəaliyyət göstərən sonuncu Rusiya konsulluğunun fəaliyyət göstərməsinə icazəni ləğv edəcəyini açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb. Varşava bunu ötən həftə sonu dəmir yolunda baş verən təxribata cavab adlandırıb.
Polşa müdafiə naziri daha əvvəl Varşava-Lyublin dəmir yolunda baş verən partlayışa görə Rusiyanı günahlandırmışdı. O, həmçinin partlayışın günahkarlarının hələ müəyyən edilmədiyini qeyd edib. Sözügedən hadisə 16 noyabrda Mazoviya voyevodalığında, Qarvolin stansiyası yaxınlığında baş verib.
Polşa Baş naziri Donald Tusk hadisəni “təxribat aktı” adlandırıb və relslərin partladıldığını təsdiqləyib.
//Samir Qurbanov, Editor.az