AZ

Milli gerilədi - FİFA reytinqi

Millimiz FİFA-nın yenilənmiş reytinq cədvəlində geriləyib.

"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma siyahıda 4 pillə geriləyərək 127-ci sırada qərarlaşıb. Hazırda aktivində 1132.97 xal olan yığmamız əvvəlki siyahıda 1142.25 xalla 123-cü pillədə yer alırdı.

Bu geriləməyə səbəb millinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçirdiyi oyunlardakı uğursuzluqlar olub. Komanda İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə məğlub olub.

FİFA reytinqinin ilk pilləsində İspaniya (1877.18 xal) yer alıb.

Seçilən
27
1
football-plus.az

2Mənbələr