AZ

Ərdoğandan çağırış: Rusiya və Ukrayna arasında danışıqlar...

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında danışıqların İstanbulda bərpa olunmasının vacibliyini vurğulayıb.

Globalinfo.az xəbər verir ki, o, bu açıqlamanı Zelenski ilə görüşdən sonra verib.

Ərdoğan xatırladıb ki, Türkiyə əvvəllər Moskva və Kiyevdən olan nümayəndələr arasında birbaşa görüşlər təşkil edib. Bu görüşlər əsasən humanitar məsələlərdə irəliləyişə gətirib çıxarıb. O, əlavə edib ki, tərəflər atəşkəs, sülh müqaviləsinin mümkün elementləri və müəyyən hərbi aspektləri müzakirə edə biliblər.

“Biz bu addımları dəyərli hesab edirik. Bu gün bir daha “İstanbul” prosesini davam etdirməyin vacibliyini vurğuladıq”, – deyə Türkiyə Prezidenti bildirib.

O əlavə edib ki, müharibənin dağıdıcı nəticələri hər iki tərəf üçün acı fəsadlara yol açır. Buna görə də diplomatik səylər xüsusilə vacibdir. O, həmçinin əlavə edib ki, Türkiyə Ukraynanın müharibədən sonrakı yenidənqurma işlərinə qoşulmağa hazırdır.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
globalinfo.az

1Mənbələr