AZ

Ankara ilə münasibətlərin normallaşması... Xandanyan

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi tezliklə müsbət nəticələr verəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən iclasında deyib.

“Hazırda davam edən konstruktiv və aktiv siyasi dialoq tezliklə münasibətlərimizin institusionallaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa çevriləcəyinə ümid verir. Ermənistanla Azərbaycan arasında isə artıq sülh bərqərar olub”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
axar.az

1Mənbələr