
ABŞ Senatı yetkinlik yaşına çatmayan qızlar üçün fahişəlik şəbəkəsi qurduğu iddiası ilə mühakimə olunduğu müddətdə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn ilə bağlı bütün dosyelərin ictimaiyyətə açıqlanmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
ABŞ Senatında səsə qoyulan “Epşteyn Dosyeləri Şəffaflıq Qanunu” adlı layihə üçün senatorların hamısı lehinə səs verib.
Bu nəticə ilə Amerika ictimaiyyətinin uzun müddətdir maraqla gözlədiyi Epşteyn dosyelərinin açılmasına dair Konqresin hər iki palatası tərəfindən hüquqi addım atılmış olub.
Respublikaçıların çoxluqda olduğu Konqresdə atılan bu addımın ABŞ Prezidenti Donald Trampın dosyelərin ictimaiyyətə açıqlanması barədə fikrini dəyişməsindən sonra gəlməsi diqqət çəkib.
Senatda da qəbul edilən və Ağ Evə göndərilən layihə ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanacağı halda qanuni qüvvəyə minnəcək.
Sözügedən layihə ABŞ Ədliyyə Nazirliyinin səlahiyyətində olan bütün Ceffri Epşteyn dosyelərinin ictimaiyyətə açıqlanmasını nəzərdə tutur.