AZ

Epşteynlə bağlı sənədləri 30 günə açıqlayacaqlar

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“ABŞ Ədliyyə Departamenti Ceffri Epşteynlə bağlı sənədləri 30 gün ərzində açıqlayacaq”​.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pam Bondi məlumat verib.

Onun sözlərinə görə, Konqres Prezident Donald Tramp administrasiyasını sənədləri ictimaiyyətə açıqlamağa məcbur edən qanun layihəsini yekdilliklə qəbul edib.

Baş prokuror bildirib ki, yayımlanacaq sənədlər Epşteynin 2008-ci ildə yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmək ittihamı ilə məhkum olunmazdan əvvəl Tramp və digər tanınmış fiqurlarla əlaqələrinə daha çox aydınlıq gətirə bilər.

Bondi onu da qeyd edib ki, sənədlər açıqlanan zaman sözügedən prosesdə cinsi istismara məruz qalmış şəxslərin kimliyi qorunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
qafqazinfo.az

10Mənbələr