AZ

Uittkoff və Yermakın Türkiyədəki danışıqları LƏĞV EDİLDİ

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak və ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoff arasında noyabrın 19-da Türkiyədə keçirilməsi planlaşdırılan danışıqlar ləğv edilib.

Musavat.com xəbər verir ki, bu barədə "The Economist"in jurnalisti Oliver Kerroll bildirib.

Onun fikrincə, Uitkoff "görüşə razılıq verərək özünü saldığı qalmaqalın fərqinə varmamış ola bilər".

Karroll hansı qalmaqaldan bəhs etdiyini dəqiqləşdirməyib.

Bundan bir gün əvvəl, noyabrın 18-də Ukrayna prezidenti Volodimir Zelenski müharibəni dayandırmaq üçün danışıqlara hazırlıq məqsədilə Türkiyəyə səfər edəcəyini açıqlayıb.

"Reuters" mənbələri Uitkoffun Türkiyəyə gələcəyini və Zelenski ilə görüşdə iştirak edəcəyini də iddia edib. Yermak və Uitkoff arasında ayrıca görüş rəsmi olaraq açıqlanmayıb.

Ukrayna prezidentinin ofisi "The Economist" müxbirinin verdiyi məlumatı şərh etməkdən imtina edib.

Kreml bundan əvvəl bəyan edib ki, Rusiya nümayəndələri Türkiyədə keçiriləcək görüşlərdə iştirak etməyi planlaşdırmırlar.

Musavat.com

Seçilən
42
3
musavat.com

4Mənbələr