Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak və ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoff arasında noyabrın 19-da Türkiyədə keçirilməsi planlaşdırılan danışıqlar ləğv edilib.
Musavat.com xəbər verir ki, bu barədə "The Economist"in jurnalisti Oliver Kerroll bildirib.
Onun fikrincə, Uitkoff görüşə razılıq verərək hansı qalmaqala qarışdığını anlamamış ola bilər.
Jurnalist həmin qalmaqalın təfərrüatlarını açıqlamayıb.
Bundan bir gün əvvəl, noyabrın 18-də Ukrayna prezidenti Volodimir Zelenski müharibəni dayandırmaq üçün danışıqlara hazırlıq məqsədilə Türkiyəyə səfər edəcəyini açıqlayıb.
"Reuters" mənbələri Uitkoffun Türkiyəyə gələcəyini və Zelenski ilə görüşdə iştirak edəcəyini də iddia edib. Yermak və Uitkoff arasında ayrıca görüş rəsmi olaraq açıqlanmayıb.
Ukrayna prezidentinin ofisi "The Economist" müxbirinin verdiyi məlumatı şərh etməkdən imtina edib.
Kreml bundan əvvəl bəyan edib ki, Rusiya nümayəndələri Türkiyədə keçiriləcək görüşlərdə iştirak etməyi planlaşdırmırlar.
Musavat.com