AZ

Qəza səbəbindən bağlanan Bakı-Sumqayıt yolu açıldı

Binəqədi rayonu, Moskva prospektində baş vermiş qəza səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yolda hərəkət bərpa olunub.

Xatırladaq ki, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş vermişdi.

Qəza səbəbindən tunelə giriş hissə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilmişdi.

Seçilən
21
6
day.az

7Mənbələr