AZ

Haverts meydanlara nə vaxt qayıdacaq?

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman “Arsenal”ın hücumçusu Kay Havertsin vəziyyəti barədə açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, jurnalist Fabrisio Romano təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Kayda kiçik zədə təkrarı oldu, amma ümumilikdə özünü yaxşı hiss edir. Onun ilin sonuna qədər meydanlara qayıtması gözlənilir”

Cari mövsümdə 26 yaşlı hücumçu yalnız bir dəfə İngiltərə Premyer Liqasının oyununda iştirak edib və məhsuldar hərəkət etməyib.

Almaniya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsini uğurla başa vurub və növbəti böyük turnirə vəsiqə qazanıb. Naqelsmannın komandası A qrupunda 15 xal toplayaraq birinci yeri tutub.

Seçilən
35
90deqiqe.az

1Mənbələr